Paşinyanı ölümlə hədələyən terrorçu saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanı ölümlə hədələyən terrorçu saxlanıldı

Rəsmi

29 Yanvar 2021 10:49 645


Ermənistanın baş naziri Nikol Paşinyanı ölümlə hədələyən Qarabağdakı separatçıların nümayəndəsi Vaan Badasyan Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətinə (MTX) aparılıb.

Yenisabah.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə baş prokurorun müşaviri Qor Abramyan bildirib.

Xatırladaq ki, V.Badasyan mətbuata açıqlamasında Paşinyanı hədələyərək deyib: Dominos pizza

“Nikol Paşinyanı təkcə məğlubiyyətin simvoli kimi yox, həm də düşmən kimi aradan götürmək lazımdır”.

Vaah Badasyan Qarabağ terrorçularının qurduğu qondarma “parlamentin keçmiş deputatı” olub.

Modern.az-ın yazdığına görə, o, MTX-yə aparılarkən bir daha hədələrini təkrarlayıb: “Bəli, mən hədəli çağırışlar edirəm. Qoy MTX məni tutsun. Onu aradan götürmək lazımdır” .


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!