Paşinyanın 8 il öncəki şok görüntüləri: Sürpriz videonu ona kim göndərib? - Video

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın 8 il öncəki şok görüntüləri: Sürpriz videonu ona kim göndərib? - Video

Siyasət

24 İyun 2024 21:07 1188


Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında 8 il əvvəl Kotayk rayonunda xəndək qazması əks olunan görüntülər paylaşıb. 

Yenisabah.az Globalinfo.az-a istinadən xəbər verir ki, baş nazir videonun 2016-cı ildə çəkildiyini və iyunun 23-də ona “sürpriz hədiyyə” kimi göndərildiyini bildirib.

N.Paşinyan həmin vaxt hazırkı hakim “Mülkü müqavilə” fraksiyasının üzvləri ilə birlikdə Kotayk rayonunda xəndək qazdığını, fraksiya üzvlərindən olmayan bir şəxsin isə kənardan onları lentə aldığını qeyd edib. Marqarita pizza

Baş nazir 8 il əvvəl xəndək qazan həmin şəxslərin bu gün yüksək rütbəli məmurlar – nazirlər, icra orqanlarının rəhbərləri, deputatlar və s. olduğunu deyib.

Qeyd edək ki, görüntülər Aprel döyüşlərinin baş verdiyi ilə aiddir. Maraqlıdır ki, xəndəklərin qazıldığı Kotayk rayonu Ermənistanda sərhəd xəttlərində yerləşməyən ərazi olaraq tanınır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!