“Vətəndaş müqaviləsi” fraksiyasından olan deputat, keçmiş səhiyyə naziri Arsen Torosyanla bağlı sensasion cinayət işindən və İrəvan merinin müavini Gevorq Simonyanın həbsindən sonra hakim partiyadan olan komandanın sıralarında rahatlıq itib.
Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın "Politik.am" saytı yazıb.
Məqalədə qeyd olunur: “Vətəndaş müqaviləsi” çox gözəl bilir ki, cinayət işlərinin hamını əhatə edə bilər. Onların demək olar ki, hamısı bu müddət ərzində o qədər də hüquqi yolla əldə olunması çətin rifaha nail olublar. Toyuqlu pizza
Torosyanın işlədiyi dövrlə bağlı cinayət işinin başlanmamasına gəlincə, keçmiş nazirin əlində bəzi qeydlər və faktlar var ki, Paşinyan onu həbs etməyə çalışarsa, açıqlaya bilər. Bu, Arsen Torosyanın azadlıqda olacağına yeganə təminatdır.
Keçmiş mer Ayk Marutyana qarşı cinayət işi də onun həbsinə gətirib çıxarmır, çünki Paşinyan Marutyanın onunla bağlı mümkün faktlarının açıqlana biləcəyindən ehtiyat edir.
Hakim komanda yaxşı bilir ki, Paşinyana qarşı və ya onun fəaliyyətinin qaranlıq səhifələri: qeydlər, videolar varsa, onu nəzarətdə saxlamaq mümkündür.
Əldə etdiyimiz məlumata görə, Milli Məclisin deputatlarından biri bu yaxınlarda tanışı vasitəsilə qələmə oxşayan gizli videoregistrator alıb. Belə adamlar çoxdur və hakim komandanın bir çox üzvləri qələm, alışqan, kulon kimi gizli videoçəkiliş aparatlarına maraq göstərirlər.
Yəqin ki, bu insanlar telefonla görünmələri qadağan edilən görüş yerlərinə belə gizli cihazları özləri ilə aparırlar və Nikol Paşinyanın qapalı görüşlər zamanı söhbətlərindən faktlar toplayırlar ki, sonradan bu faktlarla özlərini müdafiə etsinlər”.
Telegram kanalımız