Paşinyanın saytı dağıdıldı, “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın saytı dağıdıldı, “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı - Foto

Siyasət

18 Oktyabr 2019 18:03 1485


18 oktyabr 2019-cu il tarixində azərbaycanlı hakerlərdən ibarət "Anti-armenia Team" qrupu tərəfindən Ermənistan baş nazirinin rəsmi veb-saytına kiber-hücum əməliyyatı həyata keçirilib.

"Yeni Sabah" "AZXEBER.COM"a istinadən xəbər verir ki, hücum nəticəsində Nikol Paşinyanın rəsmi veb-saytına kənar müdaxilə uğurla nəticələnib, veb-saytın xəbərlər hissəsinə "Qarabağ Azərbaycandır və nida işarəsi!" başlıqlı xəbər yerləşdirilib, məzmununda isə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyada baş tutmuş "Valday 2019" forumundakı çıxışının video fraqmenti əlavə olunub.

Kiber-hücum əməliyyatı "Ferid23" və "LozariuS" kod adlı hakerlər tərəfindən həyata keçirilib. pizza

Qeyd edək ki, "Anti-armenia Team" 19 oktyabr 2011-ci il tarixində bir qrup vətənpərvər azərbaycanlı hakerlər tərəfindən yaradılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!