Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) Baş nazir Nikol Paşinyanı təkzib edib.
Yenisabah.az xəbər verir ki, XİN-nin mətbuat katibi Anna Naqdalyan Qarabağla bağlı danışıqlarda Şuşa şəhərinin Azərbaycana verilməsi məsələsinin olmadığını bildirib.
Bundan əvvəl, Nikol Paşinyan demişdi ki, danışıqlar prosesində Ermənistan qarşısında Şuşa da daxil olmaqla digər ərazilərin Azərbaycana verilməsi şərt kimi qoyulub. pizza sifarişi
Baş nazirin sözlərinə görə, Ermənistan tərəfi Şuşa ilə yanaşı 7 rayonu da Azərbaycana verməyə razı olsaydı, müharibədən qaça bilərdi.
"Ancaq biz bununla razılaşmaq istəmədik. Ermənistan hökuməti, Ermənistan Silahlı Qüvvələri, Artsaxın Müdafiə Ordusu sona qədər mübarizə apardı. Təəssüf ki, mübarizə qələbə ilə başa çatmadı", - deyə o bildirib.
Telegram kanalımız