Patrik Andrade “Qarabağ”dan getdi - Maaşı az olduğuna görə

saytların hazırlanması

Evə çatdırılma

Patrik Andrade “Qarabağ”dan getdi - Maaşı az olduğuna görə

İdman

20 İyun 2022 15:39 2126


Patrik Andrade “Qarabağ”dan ayrılıb.

Yenisabah.az-ın əldə etdiyi xəbərə görə, bu yay Ağdam təmsilçisi ilə müqaviləsi başa çatan Kabo-verdeli yarımmüdafiəçi karyerasını başqa ölkənin klubunda davam etdirəcək.

Məlumata görə, klub son ana qədər Andradeni komandada saxlamaq istəyib. Lakin 29 yaşlı futbolçu “Qarabağ”dan daha yüksək maaş tələb edib. Daha öncə Qol.az saytı belə bir xəbər yaymışdı ki, əgər futbolçu ötən il 200-300 min avro arası maaş alırdısa, yeni müqavilədə klubdan illik 600 min avro istəyib. “Qarabağ” isə futbolçuya 400 min avro təklif edib. Lakin Andrade bununla razılaşmayıb və başqa ölkə klubundan daha yüksək təklif aldığını bildirərək klubdan ayrılmaq qərarı verib. pizza mizza

Qol.az-a daxil olan xəbərə görə, futbolçu artıq komanda yoldaşları ilə vidalaşıb və “Qarabağ”ın bu gün başlayan Avstriya toplanışına qoşulmamaq qərarı verib./Qol.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!