Patruşev Şəmxani ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Patruşev Şəmxani ilə görüşdü

Dünya

11 Noyabr 2021 13:34 625


Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Nikolay Patruşev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüş keçirib.

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, onlar təhlükəsizlik sahəsində Rusiya-İran əməkdaşlığı məsələlərini müzakirə ediblər.

Görüş Dehlidə keçirilən “Əfqanıstanda regional təhlükəsizlik üzrə Dehli dialoqu” çərçivəsində baş tutub. pizza

Bundan əvvəl milli təhlükəsizlik müşavirləri Əfqanıstandakı vəziyyəti müzakirə ediblər.

İclasda Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın nümayəndələri iştirak ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!