“Payızda toyunu edəcəkdik” – Şəhid Rəşad Mahmudovun son arzusu

saytların hazırlanması

Evə çatdırılma

“Payızda toyunu edəcəkdik” – Şəhid Rəşad Mahmudovun son arzusu

Sosial

13 İyul 2020 21:58 1751


“Rəşad payızda toy etməyə hazırlaşırdı,amma nəsib olmadı”.

Yenisabah.az xəbər verir ki, bu sözləri “Ölkə.Az”a açıqlamasında dünən Tovuz rayonunun Ağdam kəndində düşmənə qarşı döyüşdə qəhrəmancasına şəhid olan baş leytenant Mahmudov Rəşad Rəşid oğlunun yaxın qohumu Mərdan Seyidbəyli deyib.

“Biz onu evləndirməyə tələsirdik. Amma o, hər dəfə əvvəl ev tikəcəyini, sonra  isə evlənəcəyini bildirirdi. Artıq evi tam hazır idi, evlənməyə hazırlaşırdı.  Sevdyi qız var idi, payızda həm nişanı, həm də toyu olacaqdı. Deyirdi ailəmi də yeni evə aparacam”, - deyə o, vurğulayıb. Dominos pizza

Daha sonra M. Seyidibəyli Rəşadın digər qardaşının da faciəvi şəkildə həlak olduğunu qeyd edib:

“Rəşadgil iki qardaş idi. Beş-altı il bundan əvvəl Rəşadın qardaşı faciəvi şəkildə dünyasını dəyişib. Rəşad da Vətən uğrunda döyüşlərdə qəhrəmancasına şəhid oldu.  Rəşadın həlak olması valideynləri üçün çox ağır itki oldu”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!