Paytaxtda 26 yaşlı gənc ürəyindən bıçaqlandı

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtda 26 yaşlı gənc ürəyindən bıçaqlandı

Kriminal

25 Dekabr 2019 21:52 815


Bakının Nizami rayonunda bıçaqlanma hadidəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə "Lotos" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.

Hacıqabul rayon sakini, 1993-cü il təvəllüdlü Mayılov Sirac Əlizadə oğlu naməlum şəxs və şəxslərlə mübahisə zəminində ürək və qarın nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri alıb. Sezar pizza

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona döş qəfəsinin, qarın boşluğunun çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!