Paytaxtda “AZZA“ya silahlı basqın edildi

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtda “AZZA“ya silahlı basqın edildi

Kriminal

02 Dekabr 2019 17:58 1508


Bakıda şirniyyat dükanına basqın edilib.

"Yeni Sabah" xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 70-də baş verib.

Naməlum şəxs həmin ünvanda yerləşən "AZZA" şirniyyat dükanına daxil olaraq orada işləyən Atakişiyev Ülvi Elşad oğlunu bıçaqla öldürməklə hədələyib. Naməlum şəxs satıcıdan kassadakı pulları tələb edib. Dominos pizza

Nəticədə həmin şəxs kassadan 950 manat və 1 ədəd "Alpha Line" içkisini götürərək hadisə yerindən qaçıb.

Keçirilən əməliyyat - axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən keçmiş məhkum Abdullayev Arzu Nemət oğlu saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. /trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!