Paytaxtda çoxmərtəbəli binanın lift problemi nə zaman həll olunacaq? - Video

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtda çoxmərtəbəli binanın lift problemi nə zaman həll olunacaq? - Video

Sosial

14 Avqust 2024 01:22 943


Bakının Nizami rayonu, Qara Qarayev küçəsində yerləşən doqquzmərtəbəli binanın liftlərindən biri 1 aydan çoxdur ki, işləmir.

Xezerxeber.az-ın məlumatına görə, bir aydan çoxdan davam edən bu problem bina sakinlərinin işini çətinə salıb, onlar yayın istisində mənzillərinə pilləkənlə qalxırlar.

Bina sakinləri tez bir zamanda liftin düzəldilməsini istəyirlər. Pepperoni pizza

Bakı Şəhər İcra Hakimiyyəti "Lifttəmir" İstehsalat Birliyindən bildirilib ki, sözügedən liftin nasaz hissəsi artıq bir müddətdir, sifariş olunub:

"Ehtiyat hissəsinin ölkəyə gəlməsi müəyyən vaxt tələb edir. Lakin yaxın zamanda liftin işlək vəziyyətə gətirilməsi nəzərdə tutulub".

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!