Bakıda Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar tədarük və təchizat" ASC təşkilatçılığı ilə sayca 8-ci "Kənddən Şəhərə" Yeni il yarmarkası fəaliyyətə başlayıb.
"Yeni Sabah" xəbər verir ki, yarmarka dekabrın 30-dək davam edəcək.
Ölkənin 35 regionundan gələn 80-ə yaxın fermer, təsərrüfatlarında yetişdirdikləri 140-dan artıq məhsul çeşidini satışa çıxarıb. Marqarita pizza
Fermerlər burada satış üçün yer, piştaxta, tərəzi və digər lazım olan avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar. Yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının çıxışı, Atatürk parkının qarşısı) ünvanında yerləşir.
Telegram kanalımız