“Pələng İli“nin dəbli rəngi hansıdır? - Modelyerdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Pələng İli“nin dəbli rəngi hansıdır? - Modelyerdən açıqlama

Maraqlı

27 Dekabr 2021 10:58 1976


2022-ci il Pələng ilidir. Hər il olduğu kimi bu ilin də fərqli rəngləri və dəbi olacaq.

Modelyer Aysel Davudqızı yeni ilin dəbi və rəngləri haqqında Yenisabah.az-a danışıb.

O bildirib ki, bu ilin rəngi qırmızı və bənövşəyinin alt tonları olacaq: Marqarita pizza

“2022-ci ilin rəngi qırmızı və bənövşəyinin alt tonları olan maviyə oxşar, yəni “very pery” müəyyən olunub. Eyni zamanda, çəhrayı, yaşıl, sarı, yaşılın tonları, yəni daha çox al-əlvan rənglərə üstünlük veriləcək.

Parçalarda isə parıltılı dərilər, incə tuvitlər, transparanlar, rəngli işləmələr, şifonlar, dantellər, kaşmirlər, tüklü və ekosi parçalara gələn il daha çox rast gələcəyik.

Qış sezonunda triko hörmələr, tvitlər, sallanan çiyinli hırkalar və belə qədər uzanan “crop top” üst geyimləri, uzunlu-qısalı ətəklər dəbdə olacaq.

Qeyd edim ki, “Chanel” modelləri olan parçalara da üstünlük veriləcək. Vaxt var idi, orta yaş və daha yaşlı xanımlar bu parçalardan istifadə edirdi, indi isə həmin parçalar daha gəncləşmiş formada qarşımıza çıxacaq”.

Mehri QURBAN


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!