Sabiq Baş nazir Pənah Hüseyn nəvələri ilə fotosunu paylaşıb.
"Yeni Sabah" xəbər verir ki, qocaman siyasətçi "Facebook" paylaşımına "Şükür" adlı şeir əlavə edib:
"Şükür hər ötən axşama, Toyuqlu pizza
Hər gələn sabaha şükür.
Şükür çiynimdə başıma,
Başımda papağa şükür.
Qapım döyülür deyəsən:
Cəlladmısan, əcəlmisən?!
Hər kimsənsə, xoş gəlmisən,
Hər gələn qonağa şükür.
Buyur, boynumu baltala!...
Getsəm də torpaq altına.
Yene de, lənət şeytana,
Yenə də, Allaha şükür!!!"
Xatırladaq ki, Pənah Hüseyn 3 övlad atasıdır.
O, Azərbaycan Xalq Partiyasının sədri, Milli Məclisinin III çağırış deputatı, Azərbaycan Respublikasının baş naziri (aprel–iyun 1993), Azərbaycan Respublikasının Dövlət katibi (1992 – 1993) olub.
Telegram kanalımız