Pənah Hüseynin partiyası qurultaya gedir

saytların hazırlanması

Evə çatdırılma

Pənah Hüseynin partiyası qurultaya gedir

Siyasət

24 Noyabr 2025 15:51 434


Dekabr ayının ortalarında Azərbaycan Xalq Partiyasının (AXP) qurultayı keçiriləcək.

Bunu “Yeni Sabah”a açıqlamasında təşkilatın keçmiş sədri Pənah Hüseyn deyib.

Onun sözlərinə görə, hazırda AXP-yə Qiyas Sadıqov rəhbərlik edir: “Partiya sədri səlahiyyətlərinin icrasını qanunvericiliyə uyğun şəkildə müavinim Qiyas Sadıqova həvalə olunub. Amma partiyanın hüquqi səlahiyyətli şəxsi yenə də mənəm”. pizza sifarişi

P.Hüseyn bildirib ki, partiyanın yeni sədrinin kim olmasına qurultay qərar verəcək:

“Biz qurultaya hazırlaşırıq. Qurultayda yeni sədr seçilərsə, həmin şəxs partiya rəhbəri olacaq. Bizim qurultayla bağlı müəyyən etdiyimiz tarix dekabr ayının ortalarıdır. Partiyanın İdarə Heyəti keçən il qərar qəbul etmişdi ki, 2025-ci ilin sonunadək qurultay keçirilsin. Mənim bugünkü namizədim Qiyas Sadıqovdur”.

Xatırladaq ki, Azərbaycanın sabiq Baş naziri, tanınmış ictimai-siyasi xadim Pənah Hüseyn bu ilin iyununda AXP sədrliyindən istefa verib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!