Pəncərədən girib boşanmaq istəyən arvadını öldürdü - Dəhşətli qətlin təfərrüatı

saytların hazırlanması

Evə çatdırılma

Pəncərədən girib boşanmaq istəyən arvadını öldürdü - Dəhşətli qətlin təfərrüatı

Kriminal

16 Noyabr 2019 10:37 982


Gəncədə qadının əri tərəfindən qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, dünən gecə saatlarında Salyan rayon sakini, 1986-cı il təvəllüdlü Zaur Orucov arvadı Nuranə Orucovanı qətlə yetirib.

Qətlə qadının boşanmaq istəməsi səbəb olub. Marqarita pizza

Kişi qadın yuxuda olarkən yataq otağının pəncərəsindən daxil olaraq, ona üstündə gətirdiyi bıçaqla səkkiz zərbə vurub.

Qadın Gəncə Şəhər Beynəlxalq Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!