Penitensiar xidmətin balansında olan inzibati binanın açılışı oldu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Penitensiar xidmətin balansında olan inzibati binanın açılışı oldu - Fotolar

Siyasət

22 Noyabr 2025 20:30 2369


Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin balansında olan inzibati binanın əsaslı təmirdən sonra açılışı olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə nazirliyin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, açılışda ədliyyə naziri Fərid Əhmədov iştirak edib. Nazir inzibati binada aparılmış təmir və yenidənqurma işləri ilə tanış olub. F.Əhmədov, həmçinin inzibati binada Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsinin Arxiv şöbəsi üçün yaradılan yeni inzibati məkana da baxış keçirib. Dominos pizza

Arxiv şöbəsi üçün nəzərdə tutulan inzibati məkan müasir texniki standartlara uyğun qurulub. Burada arxiv sənədlərinin mühafizəsi, eləcə də rəqəmsallaşdırılması üçün tam şərait yaradılıb.

Binada yüksəktutumlu saxlanclar, geniş iş otaqları və vətəndaşların qəbulu üçün nəzərdə tutulmuş müasir tələblərə uyğun otaq fəaliyyət göstərəcək.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!