Pensiya sahəsində yeni təkliflər hazırlanır

saytların hazırlanması

Evə çatdırılma

Pensiya sahəsində yeni təkliflər hazırlanır

Sosial

31 May 2019 12:42 1010


"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi digər aidiyyatı qurumlarla birlikdə həm əməkhaqları, həm də pensiya sahəsində yeni təkliflər hazırlayır".

"Yeni Sabah" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, sosial paketin növbəti mərhələsi hazırlanmaqdadır: 

"Həm əməkhaqları, həm də pensiyalar ilə bağlı yeni təkliflərimiz olacaq. Azərbaycanın iqtisadiyyatı gücləndikcə, gəlirlər artıqca, ölkə başçısının əsas niyyəti bu gəlirin ilk növbədə əhalinin sosial müdafiəsinə yönəldilməsidir. Buna görə də Prezidentin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi digər aidiyyatı qurumlarımızla birlikdə həm əməkhaqları, həm də pensiya sahəsində yeni təkliflər hazırlayıb. Yaxın günlərdə biz bu təklifləri ölkə başçısına təqdim edəcəyik". Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!