Pensiyaçılara şad xəbər -   İşləyə biləcəklər

saytların hazırlanması

Evə çatdırılma

Pensiyaçılara şad xəbər - İşləyə biləcəklər

Sosial

17 May 2019 13:50 950


Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin ilk DOST mərkəzində "Gümüşü Könüllü” proqramına start verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Yeni Sabah"a verilən məlumata görə, proqram pensiya yaşına çatmış şəxslərin aktiv həyat tərzinin təmin olunmasına dəstək məqsədi daşıyır. Belə ki, proqram çərçivəsində yaşlı vətəndaşların 1 saylı DOST mərkəzində könüllü kimi fəaliyyətə cəlb edilmələrini nəzərdə tutur. Mərkəz gənclərlə yanaşı, yaşlı nəslin də könüllülük fəaliyyətinə imkan yaradır.

"Gümüşü Könüllü” proqramına qoşulmaq istəyən pensiyaçılar DOST mərkəzində (Yasamal r., İ.Qutqaşınlı küç. 86) müraciət formasını doldurmaqla və ya http://bit.ly/2LGsf80 linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!