Pensiyaların verilməsi bu səbəbdən gecikir -   AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Pensiyaların verilməsi bu səbəbdən gecikir - AÇIQLANDI

İqtisadiyyat

22 Oktyabr 2024 12:51 43147


Artıq bir neçə aydır ki, regionlarda pensiyaların gecikməsi halları müşahidə olunur. Dövlət Sosial Müdafiə Fondunun rəsmi açıqlamasına görə, Azərbaycanın rayonlarında oktyabrın 20-28-i aralığında pensiyaların ödənilməsi nəzərdə tutulur. Lakin gecikmənin konkret səbəbi ilə bağlı məlumat verilməyib. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, ümumiyyətlə son zamanlar DSMF-nin fəaliyyəti ilə bağlı tənqidlər geniş vüsət alıb:

“DSMF-nin fəaliyyəti ilə bağlı çoxlu sayda suallar və tənqidlər var. Son zamanlar doğrudan da təqaüdlərin gecikdirilməsi ilə bağlı çoxsayılı şikayətlər özünü göstərir. Bu şikayətlərin əsası ondan ibarətdir ki, DSMF pul köçürmələri ilə bağlı öhdəliyini vaxtı-vaxtında həyata keçirə bilmir. DSMF rəsmilərinin yanaşması odur ki, bu texniki problemdir və yaxın zamanlarda həll olunacaq. Lakin söhbət ondan gedir ki, ilin əvvəlində büdcə qəbul olunduqdan sonra minimum təqaüdlərdə 10 faizə yaxın artım nəzərdə tutuldu”.  pizza sifarişi

Ekspertin fikrincə, təqaüdlərin gecikməsi texniki nasazlıqla bağlıdır:

“Bu DSMF-nin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səhvidir ki, vaxtı-vaxtında bu hesablamaları aparıb Maliyyə Nazirliyinə və hökumətin digər qurumlarına məlumat verə bilmir. Yeni maliyyə mənbələrinin vaxtında köçürülməsinə və insanların bundan əziyyət çəkməməsinə şərait yaradılmalı idi. Təəssüf ki, biz bunu görmədik. Nəticə etibarı ilə, həmin qurumların səhlənkarlığı insanların narazılığına səbəb olur. Düzdü, bu sadəcə texniki məsələdir və insanların təqaüdləri ödəniləcək. Sadəcə çatışmayan vəsaitin Maliyyə Nazirliyi tərəfindən ayrılması və DSMF tərəfindən idarə olunması tezləşdirilməli və sürətləndirilməlidir”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Emil
    Salam. Mən də hər ayın 15-də alırdım pensiyamı, lakin çox təəssüf ki, ötən ay 20-də, bu ay isə 22-də pensiyamı almışam. Təbii ki, DMSF tərəfindən deyilənlər yalan və bəhanədir. Bu qurum bilir ki, əhalinin 95%i bankıara müəyyən olunmuş vaxtlarda aylıq kredit borcu ödəyir. Ödəniş vaxtı da məhz pensiya və ya maaşların vurulduğu tarixə uyğun vaxtda vətəndaşlar tərəfindən görürülmüşdür ki, gecikmələrlə qarşılaşmasınlar. Məhz belə olduğu təqdirdə yaranmış gecikmələrə görə banklar əlavə vəsait tutur, kredit ödəyicilərini də özlərinin qeyri-rəsmi qara siyahılarına daxil edib hər bir ödəyici haqda mərkəzə vijdansız ödəyici kimi məlumat ötürürlər. Bir sözlə vətəndaşları özlərindən başqa heç bir dövlət qurumu fikirləşmir.
    2 years ago
  • Fəxriyyə Məmmədova
    Bakı şəhərində yaşayiram 15- i verilməli olan pensiyamdan hələki səs yoxdur Sizsə regionlardan danışırsınız...
    2 years ago
  • Rammi
    Nə sırtıq,utanmaz adamsınız əəə nihə demirsiniz gecikdiririk ki,banklara xeyir olsun əlavə faizdən sizə rüşvət verəcəklər
    2 years ago