Peruda helikopter qəzasında 15 nəfər həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Peruda helikopter qəzasında 15 nəfər həlak oldu

Dünya

23 Fevral 2026 22:38 562


Perunun cənubunda "Mi-17" hərbi helikopterinin qəzaya uğraması nəticəsində azı 15 nəfər həyatını itirib.

"Yeni Sabah" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilib ki, ötən gün radarlardan itən "Mi-17" helikopteri xüsusi təyinatlı qüvvələr və milli polis tərəfindən Çala-Vyexo yaşayış məntəqəsi ərazisində aşkarlanıb. Pepperoni pizza

Hadisə yerinə çatan xilasedicilər dörd ekipaj üzvünün və 11 sərnişinin həlak olduğunu təsdiqləyiblər. Ölənlər arasında uşaqlar da var.

Helikopter Arekipa bölgəsində daşqınlar nəticəsində zərərçəkənlərə yardım göstərmək və axtarış-xilasetmə tapşırıqlarını yerinə yetirmək üçün uçuş həyata keçirirdi.

Qəzanın səbəbləri hələ müəyyən edilməyib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!