Energetika naziri Pərviz Şahbazov nazirlikdə vətəndaşları qəbul edib.
Nazirlikdən “Yeni Sabah”a verilən məlumata görə, qəbulda Bakı, Gəncə şəhərləri, Şəmkir, Astara, Biləsuvar, Xaçmaz rayonlarının sakinləri iştirak edib.
Vətəndaşların müraciətləri elektrik enerjisi təchizatı, mənzilə qaz xəttinin çəkilməsi, işlə təminat və digər məsələlərlə bağlı olub. Toyuqlu pizza
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib, qaldırılan məsələlərin araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün nazirliyin struktur bölmələrinə və məsul şəxslərinə tapşırıqlar verib. Nazirliyin fəaliyyətinə aid olmayan müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara çatdırılması üçün göstərişlər verilib.
Telegram kanalımız