Peyvənd olunan şəxsin bu hərəkəti hamını şoka saldı

saytların hazırlanması

Evə çatdırılma

Peyvənd olunan şəxsin bu hərəkəti hamını şoka saldı

Maraqlı

14 Sentyabr 2021 10:42 1875


Türkiyədə peyvənd olunan vətəndaşın xəstəxananın həyətində vaksini vurdurduğu nahiyəyə zəli qoyduğu məlum olub.

Belə ki, peyvənd vurduran xanım qısa zaman ərzində həyətə çıxaraq özü ilə gətirdiyi zəlini qoluna qoyub.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, vəziyyətin şahidi olan tibb bacısı həyatının şokunu yaşadığını deyib. Pepperoni pizza

Bu barədə sosial şəbəkə hesabında yazan tibb bacısı iş həyatı boyu belə bir şeylə üzləşmədiyini bildirib.

Peyvəndi bədəndən çıxarmaq üçün zəli, hicama, qanalma kimi  müxtəlif üsullardan istifadə edənlərin olduğunu deyən Professor Güner Sönmez peyvəndi bədəndən bu şəkildə çıxarmağın heç bir mənası olmadığını qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!