Peyvənd olunan şəxslər təkrar virusa yoluxa bilərmi? -   TƏBİB-dən AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Peyvənd olunan şəxslər təkrar virusa yoluxa bilərmi? - TƏBİB-dən AÇIQLAMA

Sağlamlıq

09 Fevral 2021 14:01 739


Biz dünyadan təcrid edilməmişik, ona görə COVİD-19-un yeni ştammının Azərbaycanda da olma ehtimalı var, amma qaydalara əməl etməklə, vaksinasiyaya daha ciddi yanaşmaqla virusun yayılmasının qarşını ala bilərik.

Yenisabah.az xəbər verir ki, bunu TƏBİB-in İnfeksion Xəstəliklər üzrə işçi qrupunun üzvü Vüsalə Yaşar deyib.

Onun sözlərinə görə, COVİD-19-a qarşı insanlara vurulan vaksinin ikinci dozasından sonra orqanizmdə 60-90 faiz qoruyuculuğun yaranacağı gözlənilir: pizza sifarişi

“Lakin insanlar “mən artıq peyvənd olundum, yoluxmayacağam” deyərək rahatlanmamılıdırlar. Hər kəs qorunma tədbirlərinə əməl etməlidir. Biz hələ COVİD-19-a qarşı vaksinin qoruyuculuq müddətinin nə qədər olacağını bilmirik. Ümid edirik ki, bu müddət heç olmasa, 1-2 il olsun. Qrip əleyhinə vaksində qoruyuculuq müddəti 1 il hesab edilir. COVİD-19-a qarşı vaksinin də müddəti bu qədər olsa, uğurlu sayı bilər. Çünki bu halda yoluxma zənciri qırılacaq və yoluxma az əhali qrupunu əhatə etməyə başlayacaq”. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!