Peyvənd olunduqdan sonra tibbi maska taxmamaq olar? -   Mütəxəssis rəyi

saytların hazırlanması

Evə çatdırılma

Peyvənd olunduqdan sonra tibbi maska taxmamaq olar? - Mütəxəssis rəyi

Sağlamlıq

30 Mart 2021 10:30 707


Peyvənd olunduqdan sonra xəstəliyə tutulmaram deyib, qapalı məkanlara maskasız getməyin. Vaksinasiyadan sonra da eyni qayda ilə qorunmaq, qapalı məkanlara tibbi maska ilə getmək lazımdır.

Yenisabah.az xəbər verir ki, bunu tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

Onun sözlərinə görə, peyvənd olunmaq "xəstəliyə tutulmayacağam" demək deyil. İnsan bu halda xəstəliyi yalnız yüngül və asimptomatik formada keçirir. Toyuqlu pizza

Mütəxəssis əlavə edib ki, son zamanlar xəstəliyin daha ağır formada keçirilməsi hallarına da rast gəlinir.

Bunu insanların kortəbii qaydada müalicə olunması ilə izah edən Y.Abdiyeva erkən diaqnostikanın qoyulmasını çox vacib sayıb:

"Ağır xəstələrin sayının çoxalmasının əsas səbəbi evdə aparılan qeyri-düzgün, kortəbii müalicədir. Bir az soyuqlamışam deyərək, həkimə gec müraciət etmək, rezerv antibiotiklərlə immun sistemini zəiflətmək və s. - bunlar hamısı xəstəliyin ağır keçməsinə səbəb olur. Lakin erkən diaqnostika tez sağalma deməkdir. Yas yerləri, qonaqlıq və digər tədbirlərə müvəqqəti getməyin. Özünüzü, ailənizi və ətrafınızı qoruyun!". (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!