Peyvənd xəstəxanaya yerləşdirilmənin qarşısını 100 faiz alır

saytların hazırlanması

Evə çatdırılma

Peyvənd xəstəxanaya yerləşdirilmənin qarşısını 100 faiz alır

Sağlamlıq

03 Mart 2021 14:06 808


"Sinovac" şirkətinin istehsalı olan "Coronovac" peyvəndinin Türkiyədə üçüncü klinik sınağının nəticələri açıqlanıb.

Yenisabah.az xəbər verir ki, vaksinin təsirinin 83.5 faiz olduğu bildirilib.

Bundan başqa, sınağın nəticələrinə görə, "Coronovac" peyvəndi vaksin olunmuş şəxsin xəstəxanaya yerləşdirilməsinin qarşısını 100% alır.  pizza mizza

Nəticələrə əsasən, peyvənd vurulandan sonra yorğunluq, baş, əzələ ağrısı, temperatur və titrətmə kimi hallar müşahidə olunub. Lokal təsirlərdən isə ən çox rast gəlinəni vaksin vurulan yerdə ağrıların olmasıdır. (APA)

Qeyd edək ki, Türkiyədə vaksinasiya prosesinə yanvarın 14-də başlanılıb.

Azərbaycanda isə vaksinasiya yanvarın 18-dən aparılır. Azərbaycanda da COVID-19-a qarşı "Coronovac" peyvəndi tətbiq edilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!