Peyvəndi hansı saatlarda vurdurmaq lazımdır? - Mütəxəssis rəyi

saytların hazırlanması

Evə çatdırılma

Peyvəndi hansı saatlarda vurdurmaq lazımdır? - Mütəxəssis rəyi

Sağlamlıq

22 Mart 2021 10:40 1313


Koronavirusa yoluxma halları, vaksinasiya prossesi kütləvi şəkildə həyata keçirilinə qədər davam edəcək. Buna görə də, mütəxəssislər, izolyasiya qaydalarına mütləq əməl etməyi və vaksin vurdurmağı tövsiyyə edirlər.

Yenisabah.az axşam.az-a sitinadla xəbər verir ki, hazırda daha da effektli vaksinlər əldə etmək üçün bir çox tədqiqatlar aparılır. Mütəxəssislər, peyvəndin vurulması qədər onun bədənə təsirinin də vacib olduğunu bildirirlər.

Onların sözlərinə görə, qrip yaxud da hepatitə qarşı peyvənd olunan zaman insanlar ilk 10 gün normal yuxu rejimi ilə yatarsa vaksin immun sisteminə yaxşı təsir edir. pizza

Buna görə də mütəxəssilər, Covid-19 peyvəndi olunanların da eyni ilə bu cür yuxu rejiminə diqqət etməli olduğunu bildiriblər. Bəzən insanlarda  belə bir sual yaranır: “Peyvəndi hansı saatlarda vurdursam daha təsirli olar?”

Mütəxəssilər,  səhər saatlarında vurulan peyvəndin daha effektiv olduğunu bildirirlər. Çünki bu vaxt vaksin imunnitet sisteminə daha tez təsir edir.

Ona görə də, peyvəndi sabah erkən saatlarda etdirmək, vaksindən sonra isə ilk 10 gün yuxu rejiminə əməl etmək və təbii qidalarla qidalanmaq tövsiyyə edilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!