Pezeşkian: Heç kim cəsarət edə bilməz

saytların hazırlanması

Evə çatdırılma

Pezeşkian: Heç kim cəsarət edə bilməz

Dünya

21 Sentyabr 2024 10:00 442


“Heç bir düşmən İran torpaqlarını işğal etməyə cəsarət etməyəcək”.

Yenisabah.az “Mehr”ə istinadla xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian İran silahlı qüvvələrinin hərbi paradında çıxışı zamanı deyib.

O bildirib: “Bu gün bütün dünyaya qətiyyətlə bəyan edirik ki, ölkəmizi qorumaqla yanaşı, İslam ölkələrinin birliyi sayəsində regionumuzda sülh və təhlükəsizliyi qoruyub saxlaya, şərəf və qürurumuzu bütün dünyaya göstərə bilərik”. pizza mizza

“Bu birlik sayəsində biz qəsbkar, qaniçən və cinayətkar İsrailə, qadına, kişiyə və uşaqlara aman verməyən İsrailin qarşısını ala biləcəyik. Əgər bir olsaq və gücümüzü birləşdirsək, İsrail cinayətlərini davam etdirə bilməyəcək”, - deyə İran prezidenti əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!