Pezeşkianın sözləri Kremlin xoşuna gəlmədi

saytların hazırlanması

Evə çatdırılma

Pezeşkianın sözləri Kremlin xoşuna gəlmədi

Dünya

24 Sentyabr 2024 13:50 488


“Öz mövqeyimizi və Ukrayna ətrafındakı bu münaqişə ilə bağlı hər şeyi iranlı dostlarımıza izah etməyə davam edəcəyik”.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, İran prezidenti Məsud Pezeşkiyanın BMT Baş Assambleyasının kuluarlarında Tehranın “Ukraynaya qarşı təcavüzü heç vaxt bəyənmədiyi” barədə sözlərini şərh edib. Dördpendirli pizza

Pezeşkian onu da əlavə edib ki, İran Avropa və ABŞ ilə danışıqlar masası arxasında Ukraynadakı vəziyyəti müzakirə etməyə hazırdır.

"Bu, İranın suveren mövqeyidir", - deyə Peskov cavab verib.

Onun sözlərinə görə, Moskva və Tehran müxtəlif sahələrdə çox müsbət əməkdaşlıq edir: "Biz bu qarşılıqlı fəaliyyətin genişlənəcəyini gözləyirik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!