Pişik cırmaqladı, sonra bu virusa yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

Pişik cırmaqladı, sonra bu virusa yoluxdu

Maraqlı

13 Fevral 2024 14:57 1889


Alyaskada yaşlı bir kişi çiçək xəstəliyi ilə yaxından əlaqəli olan və bu yaxınlarda aşkar edilmiş "Alaskapox" ("Alyaskapoks") virusundan ölüb.

Yenisabah.az xəbər verir ki, o bu virusdan ölən ilk qeydə alınmış xəstə olub.

Qocanın virusa pişik cırmaqlamasından yoluxduğu güman edilir. Dominos pizza

AKPV olaraq da bilinən "Alaskapox" adlı virusun kiçik gəmiricilərdən insanlara keçdiyi iddia edilir. Virus əvvəlcə kiçik dəri aşınması, şişkin limfa düyünləri və əzələ ağrısı kimi yüngül narahatlığa səbəb olur.

Alyaskada bu virusa 2015-ci ildən bəri cəmi 7 yoluxma hadisəsi qeydə alınıb.

AKPV-dən dünyasını dəyişən kişinin immun sistemi zəifləyib. O, xərçəngdən də müalicə olunurmuş.

Xəstəliyin ötürülmə yolu hələlik dəqiq müəyyənləşdirilməyib. Mütəxəssislər bu haqda araşdırmalara davam edirlər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!