Pişiklər sizi təhlükəli xəstəliyə yoluxdura bilər

saytların hazırlanması

Evə çatdırılma

Pişiklər sizi təhlükəli xəstəliyə yoluxdura bilər

Sağlamlıq

16 Fevral 2023 16:06 4146


Həyət və küçə pişiklərindən insanlara bəzi təhlükəli xəstəliklər yoluxa bilər. 

Yenisabah.az bu xəstəliklərin bir qismini təqdim edir:

1) Quduzluq pizza mizza

İlk baxışdan zərərsiz görünən pişiyin sizi cırmaqlaması, yaxud dişləməsi təhlükəli ola bilər. Əgər küçə pişiyi cırmaqlayaraq sizi yaralayıbsa, mütləq həkimə gedərək quduzluğa qarşı peyvənd olunmaq lazımdır. 

2) Pişiklərin ağzındakı virus çöpləri

“Hinsel Bartonella” adlı çöplər pişik mikroflorası üçün normal haldır, amma insana keçərsə limfa düyünlərinn xoşxassəli şişinə, iltihabına çevrilə bilər.

Əgər pişik cırmaqladıqdan 3 -10 gün müddətində həmin yerdə suluq, şişkinlik, qızartı varsa, ümumi zəiflik, baş ağrısı başlayırsa, deməli virus limfa düyünlərinə düşüb və onlar şişir. 

3) Qurdlar

Heyvandan insana keçən Ən geniş yayılmış qurd askariddir. Hətta ev heyvanlarından da bu qurdun sürfələri, yumurtaları insana keçə bilər. Daha çox heyvanın tualetini təmizlədikdən sonra bu qurda yoluxma riski artır. 

4) Herpes

Herpes infeksiyasına daha çox azyaşlı uşaqlar pişiklə oynadıqdan sonra yoluxa bilərlər. 

Bütün viruslardan qorunmaq üçün ev pişiklərini mütləq buna qarşı peyvəndləmək lazımdır. Əgər peyvəndlənməmiş pişiklə oynadıqdan sonra uşaqlarda müxtəlif yaralar əmələ gəlibsə təcili analiz verməkdə fayda var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!