Piylənmə Alzheimer xəstəliyini ağırlaşdırır

saytların hazırlanması

Evə çatdırılma

Piylənmə Alzheimer xəstəliyini ağırlaşdırır

Sağlamlıq

08 Fevral 2021 15:15 496


Böyük Britaniyadan olan nevroloqlar müəyyən edib ki, artıq çəkidən əziyyət çəkən insanlara Alzheimer xəstəliyinin təsiri daha ağır olur.

Yenisabah.az-ın məlumatına görə, araşdırma barədə məqaləni “Journal of Alzheimer's Disease Reports” jurnalı dərc edib.

Araşdırmanın müəlliflərindən biri olan Annalena Venneri bildirib ki, artıq çəki beynin inkişafına mənfi təsir edir və nəticədə beyin funksiyalarının itkisi dərinləşir. Dominos pizza

“Çox çəkili insanların beyin strukturu Alzheimer xəstəliynə tutulduğu zaman daha çox dəyişikliyə məruz qalır. Lakin fiziki cəhətdən sağlam insanlarda xəstəlik yüngül formada təzahür edir. Bunun səbəbi piylənmə nəticəsində sinir toxumasında iltihabın başlaması və beynin qan damarlarının işinin pisləşməsidir”-deyə, məlumatda qeyd olunub. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!