Planetlərin kiçik paradını nə vaxt görmək mümkün olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Planetlərin kiçik paradını nə vaxt görmək mümkün olacaq?

Dünya

27 Yanvar 2026 21:55 497


Fevralın 28-nə keçən gecə Yer sakinləri nadir astronomik hadisə - planetlərin kiçik paradını müşahidə edə biləcəklər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Moskva Planetariyasının əməkdaşı Lyudmila Koşman qurumun "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, gecə səmasında Günəş sisteminin demək olar ki, bütün planetləri bir-birinə olduqca yaxın məsafədə düzüləcək. Yalnız Mars bu "səma tamaşasında" iştirak etməyəcək. Toyuqlu pizza

Yupiter və Uran gecə saatlarında müşahidə edilə biləcək. Yupiter Əkizlər bürcündə parlaq şəkildə görünəcək, Uran isə yalnız teleskop vasitəsilə seçiləcək. Digər dörd planet - Saturn, Neptun, Merkuri və Venera - səmanın dar bir sektorunda toplanaraq planetlərin kiçik paradını formalaşdıracaq.

Müşahidə üçün ən əlverişli şərait fevralın 28-i axşam saatlarında yaranacaq. Planetlər günbatımı zamanı səmanın qərb üfüqü üzərində çox alçaqda yerləşəcək. Koşmanın sözlərinə görə, Neptunu müşahidə etmək yalnız güclü teleskopla mümkün olacaq.

Bundan əlavə, fevral ayında halqavari Günəş tutulması da baş verəcək. Tutulma fevralın 17-də Cənub yarımkürəsində müşahidə olunacaq və Bakı vaxtı ilə saat 13:57-dən 17:27-dək davam edəcək./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!