Plastik əməliyyata girən Səbinənin ürəyi dayandı - Həyat yoldaşından   qandonduran açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Plastik əməliyyata girən Səbinənin ürəyi dayandı - Həyat yoldaşından qandonduran açıqlama

Maraqlı

23 Oktyabr 2021 14:00 1437


Türkiyədə Səbinə Abbas adlı qadının burun və liposaksiya (qarın yağlarının ləğvi) əməliyyatı zamanı dörd dəqiqə ürəyi dayanıb.

Yenisabah.az türk mediasına istinadla xəbər verir ki, hadisə Antalyada xəstəxanalarda birində baş verib.

Daha sonra komaya düşən qadını həkimlər evə göndərmək istəsələr də həyat yoldaşı "Yeriyərək xəstəxanaya gəldi, yeriyərək də yola salın" - deyərək razı olmayıb. Marqarita pizza

O, həkimlərə qarşı iddia qaldıraraq onlardan şikayətçi olub. Onun sözlərinə görə, hadisə həkimlərin səhlənkarlığına görə baş verib:

"Dörd il əvvəl Səbina əməliyyat üçün xəstəxanaya gəldi. O zaman oğlumuz üç aylıq, qızımızın isə 2 yaşı var idi. İndi həyat yoldaşım 32 yaşındadır, övladımızın biri dörd, digəri isə 6 yaşındadır. Həyatımız cəhənnəmə dönüb. Əməliyyat zamanı Sabinənin dörd dəqiqə ürəyi dayandı. Həkimlər sağalacaq dedilər. Lakin daha sonra xəstəxananın başqa bir filialına göndərdilər. Uşaqlarımız evdə analarını gözləyirlər. Mən işləyirəm. Uşaqlara isə qohum-qonşu baxır. Həkimlər məni xəstəxanaya çağırıb onu polis müşayiəti ilə evə göndərməyi təklif etdilər. Lakin mən razı olmadım. Həyat yoldaşım oraya yeriyərək gəlmişdi, yeriyərək də yola salmalarını tələb edirəm" - deyə Rüstəm Abbas bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!