“Polad Bülbüloğlu bu haqda heç nə deməyib”-   Rusiyalı sədr

saytların hazırlanması

Evə çatdırılma

“Polad Bülbüloğlu bu haqda heç nə deməyib”- Rusiyalı sədr

Siyasət

27 May 2019 09:17 1293


"Səfir Polad Bülbüloğlu heç vaxt nə yazılı, nə də şifahi şəkildə mənə rusdilli azərbaycanlı politoloqların olmadığı haqda heç nə deməyib".

Bunu Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikov bildirib.

"Hesab edirəm ki, hörmətli Araz Əlizadə nəyisə səhv salır. Mən heç vaxt belə şey deyə bilmərəm. Çünki hörmətli səfir Polad Bülbüloğlu ilə tez-tez görüşüb danışırıq. Mən heç vaxt rusdilli olmayan azərbaycanlı görməmişəm, o ki qaldı rus dilli olmayan azərbaycanlı politoloq görüm. Ona görə də bu bəyanat çox qəribədir", - deyə  rusiyalı deputat vurğulayıb. Sezar pizza

L.Kalaşnikov Azərbaycanda siyasətçilərlə söhbətində Rusiyada hansısa millətin biznesdə, hansısa millətin jurnalistikada və ya digər sahələrdə üstünlüyə malik olduğunu söylədiyini bildirib: "Bunlar mənim dediklərimdir. Ancaq dəqiqdir ki, Polad Bülbüloğlu heç vaxt mənə nə yazılı, nə də şifahi şəkildə belə bir şey deməyib. Nəsə anlaşılmazlıqdır. Mən hər zaman deyirəm ki, azərbaycanlılar bizim informasiya meydançasında daha çox iştirak etməlidir. Buna qarşı Rusiya hakimiyyəti tərəfindən heç bir maneə də görmürəm".

Qeyd edək ki, Milli Məclisin deputatı Araz Əlizadə Dövlət Dumasının deputatı Leonid Kalaşnikovun onunla söhbətində səfir Polad Bülbüloğlunun Rusiya telekanallarında gedən tok-şoularda iştirak etmək üçün rusdilli Azərbaycan politoloqlarının olmadığını söylədiyini bildirib.

ONA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!