Polis Akademiyasına 525 kursant yeri ayrıldı -   Bu şəxslər müraciət edə bilər

saytların hazırlanması

Evə çatdırılma

Polis Akademiyasına 525 kursant yeri ayrıldı - Bu şəxslər müraciət edə bilər

Sosial

17 Dekabr 2025 10:20 2497


Daxili İşlər Nazirliyi Polis Akademiyasına əyani təhsilə III qrupdan “Hüquqşünaslıq” ixtisasına 500, I qrupdan “İnformasiya təhlükəsizliyi” ixtisasına 25 kursantın qəbuluna dair müsabiqə elan edilib. 

Bu barədə “Yeni Sabah”a nazirlikdən məlumat verilib. 

Müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu 165 sm-dən az olmayan, yaşı 16-dan 18-dək, 11-ci sinifdə oxuyan və ya tam orta təhsilli, həqiqi hərbi xidmətə yararlı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.  pizza sifarişi

Xüsusi təhsil müəssisəsinə sənədlərin qəbulu 2026-cı ilin fevralın 22-dək namizədin daimi yaşadığı yer üzrə polis idarə və ya şöbələrində həyata keçirilir. Müsabiqədən keçən abituriyentlərin siyahısı  “Hüquqşünaslıq” və ya “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə Dövlət İmtahan Mərkəzinə göndərilir. İmtahanlar azərbaycan və rus dillərində keçirilir. Qəbul olunan abituriyentlərlə Daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanır. Tədris azərbaycan dilindədir, müddəti 4 ildir. Kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunur, Akademiyanın ərazisində yerləşən müasir standartlara tam cavab verən yataqxanada yaşayırlar. Məzunlara “Hüquqşünaslıq və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə “polis leytenantı” xüsusi və “ehtiyatda olan leytenant” hərbi rütbələri verilməklə DİO-da müvafiq vəzifələrə təyin edilirlər.

Qəbul qaydaları haqqında daha ətraflı məlumat əldə etmək üçün (012) 454-12-78, (012) 590-97-76, (012) 590-99-47 nömrələrinə və Akademiyanın 88-80 qaynar xəttinə zəng edə, yaxud nazirliyin, eləcə də təhsil müəssisəsinin internet saytlarına, həmçinin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət etmək mümkündür. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Səbinə
    Mən Cəbrayılova Səbinə uşaqlıqdan arzu istəyim marağım həvəsim polis əməkdaşlarından biri olmaq olmusdur hardasa 4 cu sinifdə idim sinif rəhbərim hər kəsdən nə olacaqsız soruşurdu sinifdə neyin ki məktəbimiz də yeganə qizam ki Polis olmaq istəyirəm inşAllah bu istəyimi gerçekleşer bəziləri həvəs edir bəhsə bəhs edir amma mən yox mənə en çetin olduğu iddia olunsada Men vaz kecmirem
    5 months ago
  • Ozal
    Salam hərvaxtınız xeyir.mən hərbi rütbəliyəm yaşım 31 di boyum 1.70 ehtiyyatda olduğum zaman polis orqanlarında xidmət edə bilərəm?.Zəhmət olmasa mənə bu məktubumla bağlı cavab məktubu göndərəsiz öncədən təşəkkürlər.
    5 months ago
  • Ozal
    Salam hərvaxtınız xeyir.mən hərbi rütbəliyəm yaşım 31 di boyum 1.70 ehtiyyatda olduğum zaman polis orqanlarında xidmət edə bilərəm?.Zəhmət olmasa mənə bu məktubumla bağlı cavab məktubu göndərəsiz öncədən təşəkkürlər.
    5 months ago