Polis Atambayevi tuta bilmədi: ölənlər var –   Gərginlik artır

saytların hazırlanması

Evə çatdırılma

Polis Atambayevi tuta bilmədi: ölənlər var – Gərginlik artır

Dünya

08 Avqust 2019 06:44 1338


Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin həbs olunması ilə bağlı əməliyyat ölkədə vəziyyəti gərginləşdirib.

“Yeni Sabah” xəbər verir ki, sabiq prezidentin tutulması ilə bağlı əməliyyatda bir xüsusi təyinatlı aldığı güllə yarasından xəstəxanada dünyasını dəyişib. Qarşıdurma zamanı Çuy vilayəti daxili işlər idarəsinin rəisi Samat Kurmankulov ciddi yaralanaraq komaya düşüb.

Qırğızıstan mətbuatının yaydığı məlumata görə, qarşıdurmada yaralananların sayı 48-ə çatıb, onların biri jurnalistdir. Ciddi yaralananlar xəstəxanaya çatdırılıb. pizza

Almazbek Atambayevi həbs etmək hələ də mümkün olmayıb. Sabiq prezidentin tərəfdarlarının bir hissəsi saxlanılıb.

Ölkədə vəziyyətin gərginləşməsi ilə bağlı bu gün Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun başçılığı ilə Təhlükəsizlik Şurasının və parlamentin-Joqorku Keneşin növbədənkənar iclaslarının keçirilməsi gözlənilir.

Almazbek Atambayev korrupsiya, “qanuni oğru” Əziz Butukaevin qanunsuz azad edilməsi, vəzifədən sui-istifadə, torpaq sahəsinə qanunsuz sahib olmaq və digər maddələrlə ittiham edilir.

Xatırladırıq ki, Almazbek Atambayev 2011-ci ildən 2017-ci ilədək Qırğızıstana rəhbərlik edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!