Polis bu rayonda reyd keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Polis bu rayonda reyd keçirdi

Rəsmi

22 Noyabr 2020 11:10 918


Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Balakən  rayonunda karantin rejimi qaydalarının təmin olunması məqsədilə nəzarət- profilaktik, maarifləndirmə tədbirləri həyata keçirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Yeni Sabah”a verilən məlumata görə, xüsusi karantin rejiminə uyğun olaraq ölkə ərazisində həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinin dayandırılması ilə əlaqədar  Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən də  sərnişindaşıma ilə məşğul olan marşrut sürücülərinə Cümə günü bu barədə xəbərdarlıq edilib və qaydalara riayət etmələri tapşırılıb. Əks təqdirdə barələrində inzibati tənbeh tədbirləri görüləcəyi onların diqqətinə çatdırılıb.

Həmçinin, polis əməkdaşları rayon ərazisində yerləşən böyük marketlərdə, apteklərdə, eləcə də açıq ictimai yerlərdə mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirirlər. Reydlər zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər aşkarlandıqda onlara tibbi maskadan istifadənin zəruriliyi, bu istiqamətdə həyata keçirilən tədbirlərin onları sağlamlığını qorumaq məqsədi daşıdığı diqqətə çatdırılır. Rejim qaydalarına biganə yanaşan şəxslər barəsində isə qanuni tədbir görülür. Toyuqlu pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!