Polis COVID-19 xəstəsi ilə bağlı araşdırmalara başladı

saytların hazırlanması

Evə çatdırılma

Polis COVID-19 xəstəsi ilə bağlı araşdırmalara başladı

Maraqlı

11 Sentyabr 2021 10:39 666


Saatlı rayonunda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi aşkarlanıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən rayon sakini Allahverdi Rüstəmovun karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

Həmin şəxsin qanunazidd hərəkətinin qarşısı alınıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb. Sezar pizza

Faktla əlaqədar Saatlı Rayon Polis Şöbəsində araşdırmalar aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!