Polis “Motu”nu Kürdəmirdə yaxaladı – Video

saytların hazırlanması

Evə çatdırılma

Polis “Motu”nu Kürdəmirdə yaxaladı – Video

Kriminal

30 Dekabr 2019 04:34 993


Kürdəmir rayonunda “Motu” ləqəbli oğru saxlanılıb.

“Yeni Sabah” "Report”a istinadən xəbər verir ki, Kürdəmir rayon sakinləri Əlişiraz Cəfər oğlu Abbasov və Məhəmməd Abdulqadir oğlu Gərayev rayon polis şöbəsinə müraciət edərək onlara məxsus ərzaq mağazasından oğurluq edildiyini bildiriblər.

Belə ki, naməlum şəxs qapını sındıraraq bir mağazadan 1700 manat dəyərində ərzaq məhsulu və 300 manat aparıb. Eyni zamanda digər mağazanın tavan hissəsindən daxil olaraq 1000 manatlıq ərzaq məhsulunu oğurlayıb. Sezar pizza

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmr rayonunun Atakişili kənd sakini, 1983-cü il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş Ramal Sədaqət oğlu Şirinov şübhəli şəxs qismində saxlanılıb. O, ilkin dindirmə zamanı əməlini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!