Polis olduğunu deyib dələduzluq etdi, tutuldu - Azərbaycanda

saytların hazırlanması

Evə çatdırılma

Polis olduğunu deyib dələduzluq etdi, tutuldu - Azərbaycanda

Kriminal

14 Dekabr 2019 15:52 1033


Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Yeni Sabah"a daxil olan məlumata görə, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini Vasif Haqverdiyev saxlanılıb.

Araşdırmalar zamanı V.Haqverdiyev özünü polis əməkdaşı kimi təqdim edərək Yevlax rayon sakini olan bir qadını aldadar, onun üzləşdiyi bir problemi həll edəcəyi vədi ilə bunun müqabilində ayrı-ayrı vaxtlarda 750 manat dəyərində qızıl boyunbağı və əlavə olaraq 200 manat nağd pulunu alaraq onu aldatdığı müəyyən edilib. Dördpendirli pizza

Həmçinin onun müxtəlif vaxtlarda Mingəçevir, Yevlax, Bərdə, Zərdab və Balakən rayonları ərazilərində də analoji cinayətlər törətdiyini istisna edilmir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Yevlax RPŞ-yə və ya şəhər telefonlarından (02233) 6-45-02 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!