Polis polkovnik-leytenantı vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Polis polkovnik-leytenantı vəfat etdi

Hadisə

28 İyun 2025 22:16 1257


Bu gün - iyunun 27-də polis polkovnik-leytenantı Vüqar Məmmədov vəfat edib.

“Yeni Sabah” bakupost.az-a istinadla xəbər verir ki, onun qəfil ürəktutmadan dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Vüqar Məmmədov xidmətə Yardımlı Rayon Polis Şöbəsində zabit kimi başlayıb, uzun illər şəxsi heyət üzrə rəis müavini vəzifəsində çalışıb. Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. pizza hut

Mərhum tanınmış ziyalı, filoloq, partiya və ictimai xadim Vəli Məmmədovun qardaşı oğlu idi. Vəli Məmmədov 1931-ci ildə Yardımlıda anadan olub, müxtəlif illərdə Azərbaycan Dövlət Universitetində, Nizami adına Ədəbiyyat İnstitutunda və Azərbaycan KP MK-da çalışıb, Nəriman Nərimanovun irsinin tədqiqatçısı kimi tanınıb. O, 1991-ci il 20 noyabrda Xocavənddə ermənilər tərəfindən vurulan vertolyotda həlak olmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!