Polis xarici vətəndaşın pulqabısını taparaq qaytarıb

saytların hazırlanması

Evə çatdırılma

Polis xarici vətəndaşın pulqabısını taparaq qaytarıb

Sosial

29 May 2019 15:18 919


Bakıda polis xarici vətəndaşa məxsus içində sənədlər olan cüzdanı taparaq sahibinə qaytarıb.

DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, Səbail RPİ 9-cu Polis Bölməsinin əməkdaşı, polis kapitanı Fədai Maqsudov ərazidə xidmət apararkən xarici vətəndaşa məxsus içində sənədlər olan cüzdan tapıb. Dərhal həmin cüzdanın sahibinin tapılması üçün tədbirlərə başlanılıb.

Qısa müddətdə həmin xarici vətəndaş polis əməkdaşları tərəfindən tapılıb və cüzdanı ona təqdim olunub. pizza hut

Ölkəmizə turist kimi gəlmiş həmin şəxs belə operativliyə görə polis əməkdaşlarına minnətdarlığını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!