İki ay öncə Sabunçu rayonu ərazisində xidmət aparan polisi avtomobili ilə vuraraq öldürən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi idarəsində vəzifədə işləmiş şəxsin məhkəməsi başlayır.
“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən Ömərov Firudin Ömər oğlunun aprel ayının 6-da keçiriləcək məhkəmə prosesinə hakim Mirheydər Zeynalov sədrlik edəcək. Cinayət işində zərərçəkmiş qismində Məhərrəmov Natiq Müseyib oğlu və İsmayılova Bakizər İsmayıl qızı tanınıb.
İttiham aktına görə, 2020-ci il fevral ayının 3-də səhər saatlarında Heydər Əliyev prospektində 99 GZ 552 dövlət qeydiyyat nişanlı “Toyota Lənd Kruzer” markalı avtomobillə “Koroğlu” nəqliyyat qovşağından Mərdəkan istiqamətində hərəkətdə olarkən xidmət başında olan polis serjantı Məhərrəmov Natiq Müseyib oğlunu vurub. İlkin araşdırmalar zamanı məlub olub ki, polisi öldürən sürücü Xaçmaz rayon sakini, 1957-ci il təvəllüdlü Ömərov Firudin Ömər oğludur. Belə ki, səkidə dayanan polisi vuran F.Ömərov uzun illər Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyində rəhbər vəzifələrdə çalışıb və 2014-cü ildə isə Kadrlar Şöbəsinin rəis müavini olarkən vəzifəsindən uzaqlaşdırılaraq üzən heyətə 2-ci dərəcəli mexanik vəzifəsinə keçirilib. pizza hut
Azər İsrafilov
Telegram kanalımız