Polisin barmağını avtomobilin şüşəsinin arasında qoyub yol ilə sürüdü - Video

saytların hazırlanması

Evə çatdırılma

Polisin barmağını avtomobilin şüşəsinin arasında qoyub yol ilə sürüdü - Video

Hadisə

16 Avqust 2020 11:30 1431


Rusiyanın Sankt-Peterburq şəhərində sürücü ona cərimə yazmaq istəyən yol polisinə ağır xəsarət yetirib.

REN TV xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, yol polisinin müfəttişi “BMW” markalı avtomobili saxlayaraq sürücüyə idarə etdiyi nəqliyyat vasitəsinin nömrəsi barədə irad bildirib. Sezar pizza

Sürücü qanunun tələbinə məhəl qoymayaraq polisin barmaqlarını avtomobilin pəncərəsinə sıxaraq nəqliyyat vasitəsini işə salıb.

Nəticədə avtomobil yol polisi müfəttişini 700 metrə qədər asfaltın üzərində sürüyüb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində sürücü saxlanılıb.

Onun barəsində cinayət işi açılacağı gözlənilir.   /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!