Polisin həbs etdiyi solçuların Rusiya ilə hansı əlaqəsi var?

saytların hazırlanması

Evə çatdırılma

Polisin həbs etdiyi solçuların Rusiya ilə hansı əlaqəsi var?

Siyasət

30 Noyabr 2025 11:38 650


Sosial şəbəkələrdə Bakıda həbs edilən bir qrup solçu ilə Rusiya kommunistlərinin əlaqəsinə dair müzakirələr davam edir.

"Yeni Sabah" xəbər verir ki, müzakirə iştirakçıları hələ 2025-ci ilin fevral ayında Rusiya Kommunist Partiyasının nümayəndələri İlya Kleymyonov və Yekaterina Mironovanın Azərbaycana səfərini xatırladırlar. 

pizza mizza

Bakıda olmuş rusiyalı solçu heyət sovet bayraqları ilə qanunsuz mitinq keçirdiklərinə görə saxlanılan şəxslərlə də görüş keçiriblər. 

“Rusiya Kommunistləri”nin sədr müavini İlya Kleymyonov və Yekaterina Mironova hətta Nəriman Nərimanovun Ev muzeyinə də baş çəkib.

Xatırladaq ki, Bakıda bir qrup şəxs 1917-ci ildə Rusiyada baş verən Oktyabr inqlabının 108-ci ildönümünü qeyd edib. Onlar aksiyada sovet rəmzlərini dalğalandırıblar.

Daxili İşlər Nazirliyinin müvafiq tədbirləri nəticəsində təşkilatçı şəxslər Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb.

A.İbrahimli və İ.Əsədli barəsində Nizami Rayon Məhkəməsi 3 aylıq həbs qətimkan tədbiri seçib. Onlar Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə - ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etməkdə ittiham olunurlar.

İbrahim Məmmədov 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!