Polkovnik-leytenant İkinci Şəhidlər xiyabanında dəfn edildi

saytların hazırlanması

Evə çatdırılma

Polkovnik-leytenant İkinci Şəhidlər xiyabanında dəfn edildi

Maraqlı

25 Sentyabr 2023 14:14 595


Sentyabrın 24-də "KamAZ" markalı hərbi nəqliyyat vasitəsinin minaya düşməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun polkovnik-leytenantı Əkrəm Şadmanov dəfn edilib.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, mərhum İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, mərhumun yaxınları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Dominos pizza

Qeyd edək ki, sentyabrın 24-ü saat 17:35 radələrində Azərbaycan Ordusuna məxsus "KamAZ" markalı hərbi nəqliyyat vasitəsi minaya düşüb.

Mövqelərimizin təminat yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Şadmanov Əkrəm Yunis oğlu və Seyidov Tural İslam oğlu şəhid olub.

Digər hərbi qulluqçumuz Əliyev Elvin Taleh oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb. Yaralı hərbçimizə ilkin tibbi yardım göstərildikdən sonra o, dərhal yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib. Vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!