Polşanın Fransadakı səfiri korrupsiya şübhəsi ilə saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Polşanın Fransadakı səfiri korrupsiya şübhəsi ilə saxlanıldı

Dünya

24 Dekabr 2025 23:35 400


Polşanın Fransadakı səfiri Yan Roşişevski MBA diplomları ilə bağlı korrupsiya şübhəsi ilə Polşanın Antikorrupsiya Bürosu tərəfindən saxlanılıb.

"Yeni Sabah" Oxu.Az-a istinadən xəbər verir ki, ittihamlar dövlət şirkətlərinin müşahidə şuralarında işləmək üçün nəzərdə tutulmuş "Collegium Humanum" ali məktəbinə aid saxta MBA diplomlarından istifadə ilə bağlıdır.

Roşişevski ilə birlikdə "Hüquq və Ədalət" partiyasından keçmiş deputat və Avropa Parlamentinin üzvü Maks Kraçkovski, eləcə də PKO qrupu ilə əlaqəli bankir Pavel P. də saxlanılıb. pizza hut

İstintaqın məlumatına görə, Kraçkovski bu diplomların əldə olunmasında (özü, bacısı və digər şəxslərlə yanaşı, Roşişevski üçün də) köməklik göstərib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!