Polyak futbolçu millidən kənarlaşdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Polyak futbolçu millidən kənarlaşdırıldı

İdman

20 İyun 2022 16:33 1241


Rusiyanın "Spartak" (Moskva) klubunun futbolçusu Matsey Rıbus Polşa millisindən kənarlaşdırılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Polşa Futbol İttifaqının rəsmi saytında məlumat yerləşdirilib.

Buna 33 yaşlı müdafiəçinin Moskva klubunda çıxışını davam etdirməsi səbəb olub. Yığmanın baş məşqçisi Çeslav Mixneviç komandanın son toplanışından sonra təcrübəli oyunçu ilə görüşərək, Ukraynadakı müharibə ilə bağlı yaranmış siyasi vəziyyətə görə ona qarşıdakı matçlarda dəvət göndərməyəcəyini bildirib. Rıbus həmçinin, bu il Qətərdə keçiriləcək dünya çempionatında da iştirak edə bilməyəcək. Dördpendirli pizza

Matsey Rıbus iyunun 11-də Moskva "Lokomotiv"ini "Spartak"a dəyişib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!