Pop-korn satan oğlan tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Pop-korn satan oğlan tapıldı

Sosial

09 May 2019 11:49 2319


"Azneft" meydanının altındakı yeraltı keçiddə popkorn satan oğlan tapılıb.

“Yeni Sabah” xəbər verir ki, bu haqda millət vəkili Aydın Mirzəzadə məlumat verib. O, bildirib ki, bu haqda məlumat verən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib ki, Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə həmin gənc tapılıb.

Adı Seyfullayev İsrafil Vüqar oğludur, 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 17 yaşı var. 2017- ci ildə IX sinfi bitirib. Hazırda təhsil almır, Binəqədidə yaşayır. pizza hut

“Onun telefonuna zəng etsələr də nömrə şəbəkə xidməti kənarındadır. Gənc arzu edərsə ona peşə məktəbinə qəbul olunmaq təklifi ediləcək, peşə aldıqdan sonra isə daimi işlə təmin ediləcək.

Sağ olun, Təhsil Nazirliyi”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!